21 may saat 02:00-dan 24 may saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospekti istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:48 / 20.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən biri təmirə BAĞLANIR
Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən biri təmirə BAĞLANIR
Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən biri təmirə BAĞLANIR
193093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.