Xankəndiyə prokuror TƏYİN EDİLDİ 

Hazırda oxunan: Xankəndiyə prokuror TƏYİN EDİLDİ 

193083

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib. 

Bu barədə Bizim.Media-ya Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Belə ki, Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub.
Əvvəllər Mingəçevir şəhər prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz rayon prokurorluğun böyük müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi. 

Qeyd edək ki, Qubadlı rayonunda anadan olan Rəşadət Orucov 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb. 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 May 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhər prokurorluğu yaradılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin