Cəlilabadda bıçaqlanan şəxslərin vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rayon Mərkəzi Xəstəxanasından report.az-a verilib.
MÖVZU İLƏ BAĞLI:
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlandı
Mənbə qeyd edib ki, bu gün saat 11:30 radələrində xəsarət alması səbəbilə 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxs xəstəxanasın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Ona belin sol hissəsinin kəsilmiş, deşilmiş yarası, sol biləyin ön səthinin kəsilmiş yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxsə cərrahi müdaxilə olunub, hazırda vəziyyəti stabildir.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, 2007-ci il təvəllüdlü şəxs xəstəxananın cərahiyyə şöbəsinə yerləşdirilib və həkim nəzarəti altındadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media