Göygöl rayon ərazisində Gəncə çayında batan 14 yaşlı yeniyetmənin meyiti bu gün səhər saatlarında tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, mayın 18-də gündüz saatlarında Gəncə çayının Göygöl rayonundan keçən hissəsində 3 yeniyetmə çayın bir sahilindən digər sahilinə keçən zaman onlardan biri çaya düşüb.
2000-ci il təvəllüdlü Murad Allahverdiyev dostunu xilas edib, özü isə çayda batıb.
FHN əməkdaşları tərəfindən aparılan axtarışlar nəticəsində 14 yaşlı M. Allahverdiyevin cəsədi aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu