Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə çayının Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində 1 nəfər yeniyetmənin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.
Bidirilib ki, dərhal hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərinə başlanılıb.
Bizim.Media