Lerikdə uçqun zamanı bağlanan yolun bir hissəsi açıldı

Hazırda oxunan: Lerikdə uçqun zamanı bağlanan yolun bir hissəsi açıldı

192772

Yerli sakinlər və yol idarəsi tərəfindən görülən işlər nəticəsində Lerikin Çayrud kəndinə gedən yol qismən bərpa olunub. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Çayrud kəndi üzrə icra nümayəndəsi İlkin Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından görülən işlər nəticəsində yol açılsa da, yola düşən daşı yerindən terpətmək mümkün olmayıb.

Qeyd edək ki, ərazidə təhlükəli vəziyyət hələ də qalmaqdadır. Buna görə də ərazidə təhlükəsizlik tədbirləri görmək üçün polis növbəli xidmət aparır. 

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin