Canavarlar Cəlilabadın Moranlı kəndində mal-qaraya hücum ediblər - FOTO

Hazırda oxunan: Canavarlar Cəlilabadın Moranlı kəndində mal-qaraya hücum ediblər - FOTO

192758

Canavarlar Cəlilabad rayonunun Moranlı kəndində şəxsi evlərdə yerləşən mal-qara tövləsinə hücum ediblər. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, canavarlar əsasən Moranlı kənd sakini ixtiyar İsayevə məxsus qoyunlara ziyan vurub.

Onun 6 qoyununu vəhşi heyvan yerində parçalayıb məhv edib, 4 qoyun isə müxtəlif nahiyələrdən zədə alıb. Hadisə gecə saatlarında baş verib.

Kənd sakinlərinin sözlərinə görə, canavarların bu kəndə hücumu təsadüfi hallardandır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin