Səhvən cərimə protokolu alan sürücülərə Kamran Əliyevdən TÖVSİYYƏ...

Hazırda oxunan: Səhvən cərimə protokolu alan sürücülərə Kamran Əliyevdən TÖVSİYYƏ...

192716
Sürücünün adına cərimə protokolu gəlib, ancaq görüntüdəki avtomobil ona məxsus deyil.xa0

Maraqlı hadisə paytaxtın Binəqədi rayonunda yaşayan Şamil Rzayevin başına gəlib. Şamil Rzayev ona məxsus avtomobilin olduğunu, ancaq ona sürət həddini aşma ilə bağlı gələn radardakı maşının tamamilə başqa avtomobil olduğunu bildirir.
Onun ünvanına gələn protokoldakı fotolardan da aydın görünür ki, şəkildəki maşın tam başqadır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyevlə əlaqə saxlanılıb. Onun sözlərinə görə, Şahin Rzayevin adına göndərilən həmin protokol əslində tam başqa sürücüyə məxsusdur və artıq protokol sistemdə aid olduğu şəxsin hesabına əlavə edilib. Şahin Rzayev isə həmin protokolla bağlı heç bir cərimə ödəməyəcək. Çünki burada texniki səhvdən söhbət gedir.

Kamran Əliyev onu da qeyd edib ki, belə halla qarşılaşan sürücülər ərazi üzrə yol polisi idarələrinə müraciət edərək səhv gələn protokolları ləğv etdirə bilərlər.(avtosfer.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin