Azərbaycanda öldürücü hörümçəklər satışa çıxarıldı – VİDEO

Hazırda oxunan: Azərbaycanda öldürücü hörümçəklər satışa çıxarıldı – VİDEO

192678

Son günlər sosial şəbəkələrdə zəhərli tarantulların satışı həyata keçirilir.

Bəzi insanlar tərəfindən hobbi olaraq saxlanılan bu hörümçəklərin sancması ciddi ölüm riski yaradır. Ancaq buna baxmayaraq, yenə də bu həşəratlar maraqla qarşılanır, onları alıb evdə saxlayanlar və satışını həyata keçirənlər az deyil.

Bizim.Media xəbər verir ki, zooloqlar bu hörümçəklərin zəhərinin yaratdığı təhlükələrin müxtəlif yaşlara görə dəyişdiyini və ölümlə nəticələnə biləcəyini bildirirlər.

Bəs bu zəhərli həşəratların satışı və evlərdə saxlanılması qanunidir?

Hüquqşünas Emil Aslanov bildirib ki, tarantul hörümçəklərinin təbii mühitdən götürülüb evdə saxlanılması və onlardan istifadə edilməsi qanun pozuntusudur:

“Bu hallara görə fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək cərimə olunurlar”.

Hüquqşünas onu da bildirib ki, zəhərli heyvanlara aid mini zoopark yaratmaq üçün icazə alınmalı və sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən onun yeməyi, saxlanılma şəraiti yoxlanılmalıdır. Əgər həmin şərait heyvanların yaşaması üçün uyğundursa, o halda icazə verilə bilər.

Daha ətraflı Baku TV-nin süjetində:
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin