Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Kürdəmir və Saatlı şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bununla əlaqədar ərazilərə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Bizim.Media