“Mardan Palace”x9d otaq sifarişini dayandırdı - AST Telmanın oteli bağlandı?

Hazırda oxunan: “Mardan Palace”x9d otaq sifarişini dayandırdı - AST Telmanın oteli bağlandı?

192637
Azərbaycanlı milyarder Telman İsmayılova məxsus “Mardan Palace”x9ddə artıq yer sifarişləri dayandırılıb.

“Qafqazinfo”x9d Türkiyə KİV-ə istinadən xəbər verir ki, otel internet vasitəsilə otaq sifarişlərini qəbul etmir. Belə ki, müştəri onlayn rezerv etmək istəyən zaman axtarılan kriteriyalara uyğun yer olmadığı bildirilir.

Bu da azmış kimi, otelin uzun zamandır maaş ala bilməyən işçiləri Əmək və İş İdarəsinə şikayət ediblər. “Mardan Palace”x9din rəhbərliyi isə otelin bağlanmadığını, rezervasiya qəbullarının 1 həftə müddətinə dayandırıldığını açıqlayıb.

Xatırladaq ki, bu ilin avqustunda da eyni problem yaşanmışdı və rəhbərlik otelin müvəqqəti olaraq bir həftəliyə rezervasiyaları qəbul etməyəcəyini açıqlamışdı.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin