Lerikdə, uçqun zamanı bağlanan yolu açmaq mümkün olmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Lerikdə uçqun olan ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb - FOTO
Komissiya sədrinin sözlərinə görə, rayonun Çayrud kəndində dağ uçqunu zamanı iri qaya parçaları yola dağılıb və kənd yolunu bağlayıb: “Qaya parçalarını yoldan təmizləmək texnikaların gücü çatmayıb. Onları yoldan təmizləmək üçün əraziyə xüsusi ağır texnikaların gətirilməsi üçün müraciət olunub”.
Qeyd edək ki, bu gün Lerik rayonunun Çayrud kəndi ərazisində baş verən dağ uçqunu nəticəsində Çayrud kəndinin yolu bağlanıb.
Sabutay Naöıyev, Bizim.Media, Cənub bürosu