“Tərtər işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucov və digərləri barəsindəki hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
General Bəkir Orucova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda ) maddəsi ittihamdan xaric edilib. Generalın cəzası 9 il 6 aydan 6 il 6 aya endirilib.
Ziya Kazımov, İntiqam Məmmədov, Rahib Məmmədov və Ülvi Rəşidovun cəzası isə 4 ay azaldılıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə B.Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Ziya Kazımov və mayor məhkəmə zalında həbs ediliblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:58 / 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
Hazırda oxunan: “Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
Hazırda oxunan: “Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
192614
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.