2024-2025-ci tədris ilində 132 min uşağın birinci sinfə qəbulu nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, bu günə qədər www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə 102 mindən çox uşaq müsabiqəsiz artıq birinci sinfə qəbul edilib. Bu da təxminən məktəbyaşlı uşaqların ümumi sayının 80%-ni təşkil edir.
Qeyd edək ki, 1 may 2024-cü il tarixindən etibarən start verilən uşaqların I sinfə elektron qəbulu prosesi hazırda davam edir.
Bizim.Media