Ustad Şəhriyar haqqında müəmmalar: “O, Bakıya niyə gələ bilmədi?”x9d

Hazırda oxunan: Ustad Şəhriyar haqqında müəmmalar: “O, Bakıya niyə gələ bilmədi?”x9d

192494
xa0

Bir neçə gün bundan əvvəl böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anım günü idi. 1988-ci ilin 18 sentyabr tarixində dünyasını dəyişən dahi şairin həyat və yaradıcılığı bu gün də Azərbaycan alimləri tərəfindən araşdırılır. xa0Elmlər Akademiyasında dünən Şəhriyardan bəhs edən üç kitabın təqdimatı keçirilib. Xüsusən də, Nizami adına Ədəbiyyat İnstitutunun xa0Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşları bu istiqamətdə xeyli iş görür.xa0

Moderator.az dahi şairin xatirəsinə ithaf olaraq,onun barəsində bir neçə maraqlı faktı təqdim edir:

Nişapur sürgünü

Şəhriyarın Nişapura sürgün olunması ilə bağlı mübahisəli məqamlar var. 1925-ci ildə pəhləvilər Qacar rejimini devirəndən sonra Cənubi Azərbaycanda xalqın etiraz səsinə qoşulanlardan biri də Şəhriyar olub. Onun sürgün olunmasında bir qəsidənin də təsiri var. Tehran-Təbriz dəmiryol xəttinin açılış mərasimində Şəhriyar həmin şeiri səsləndirib. O, nəzmlə şahın üzünə onun qüsurlarını üzünə deyib və sərt şəkildə tənqid edib. Ona “nə qədər gec deyil, islahatlara başla”x9d tövsiyyəsini verib.xa0
Məhz həmin qəsidədən sonra Şəhriyar sürgün edildi. Bəzi mənbələr isə bunun səbəbini sevgidə görürlər. Yəni, Şəhriyarın sevdiyi xanıma görə Nişapura sürgün olunması versiyası da var ki, bu, yanlışdır.xa0

Baş tutmayan səfərxa0

Sovet dönəmində Molla Pənah Vaqifin yubileyi ərəfəsində Şəhriyarın da Bakıya gəlməsi gündəmdə olub. Hətta ona dövlət səviyyəsində Yazıçılar Birliyi tərəfindən rəsmi müraciət də göndərilib. Amma fakt olduğu kimi yerində qalır. Güneyin böyük şairinin Quzeyə gəlməsinə də nə yolla olursa-olsun mane olmağa çalışıblar. Bu məqsədlə Şəhriyarın adına göndərilən dəvətnaməni bilərəkdən ona aparıb çatdırmırlar. Məktub guya səhvən uzaq bir vilayətdə yaşayan Şəhriyar adlı birinə çatır.
Şəhriyarın portretini ilk dəfə çəkən rəssam Fəxrəddin Əli bir neçə il bundan qabaq bu sətirlərin müəllifinə Şəhriyarın Bakıya nə üçün gələ bilməməsinin maraqlı tarixçəsindən danışıb:
“Vaqifin 250 illiyilə bağlı Şəhriyara dəvət göndərmişdilər. Amma imkan vermədilər ki, o Bakıya gəlsin. Məktubu aparıb Pakistanın Şəhriyar adlı şairinə verdilər. Bilərəkdən verildi ki, bizim Şəhriyara məktub çatmasın. Çatmadı da. Tədbir qurtardı. Biz gənclərin də də istəyi alınmadı. Danışmışdıq ki, Şəhriyarı çiynimizdə gətirək.xa0


O dövrdə SSRİ Yazıçılar İttifaqı, Azərbaycan Yazıçılar İttifaqı, nə bilim “Lenin”x9d mükafat laureatları onun bura gəlməsinə imkan verməzdilər. Şəhriyarın bu cür nüfuzla qarşılanmasını qəbul edə bilməzdilər. Odur ki, hər hansı bir yolla onun bura gəlməsinin qarşısını aldılar. Çünki Şəhriyar bura gəlsəydi, onlar heç olacaqdılar.

O şəxslərin adlarını indi deyə bilmərəm. Moskva icazə vermədi. Moskvada komissiyanın sədri Mirzə İbrahimov məni kənara çəkərək Şəhriyarın Bakıya gəlməsini əngəlləyən insanların adını qulağıma pıçıldadı.

Bir portretin sevinci

Qeyd edək ki, Fəxrəddin Əli Şəhriyarın məşhur portretinin müəllifi olub. Böyük şair buna görə ona xeyli təşəkkürlər də edib.xa0

Şəhriyarın əsərlərini mənim həmişə yaradıcılıq diqqətimdə olub. Bəydili (Güney Azərbaycan alimi Qulamhüseyn Bəydili) xa0mənə dedi ki, “Şəhriyarın xa0portretin çək, mən onu aparım”x9d. Dedim baş üstə. Şəhriyarın portretini işlədim. Düzdü, onun fotosuna baxdım, amma kompozisiya mənə məxsus idi. Dağlar, yaşıllıqlar və s. Mənzərələri də portretə əlavə etdim. Bəydili portreti Təbrizə aparanda mən onu yola saldım. Bizə imkan vermirdilər. Portreti keçirmək olmazdı. Bir yəhudi arvaddan naxışlı çərçivə almışdıq. Çox qədim və möhtəşəm çərçivə idi. Dedilər ki, yox, buna icazə vermək olmaz. Nəhayət, Bəydili bir siyasət işlətdi. Yalandan dedi ki, “bu mənim atamın portretidir, qoymaram ki, burda qalsın. O vaxtlar da ara qarışmışdı. Portretin kimə məxsusluğunu tanımadılar. Dedilər ki, yaxşı aparın. Amma bu çərçivəni qoparmalısınız. xa0Nikolay dövründən qalıb. Əşi, Nikoloy dövründən qalıb nədi, Nikolay ona “peçat”x9d basmayıb ki...xa0

Nə isə çərçivəni çıxartdıq. Dünya miqyasında bir qanun var ki, bir sənət əsərini başqa ölkəyə aparmaq olmaz. Gərək xüsusi komissiyada onun sənət dəyəri heçə endirilsin ki, həmin əsəri xa0başqa yerə aparmaq olsun. Amma biz istəyirdik ki, Şəhriyar bu portreti görsün.

1990-cı ildə Tehranda Bəydilinin “Şəhriyarla görüş”x9d adlı kitabı çıxmışdı. Bu kitabda Bəydili yazırdı ki, “mən ilk dəfə Şəhriyarın görüşünə çıxanda eyvanda durmuşdu. Yaxınına gəldim. İstədim ayağından öpəm, imkan vermədi, əlindən öpməyə çalışdı, yenə imkan vermədi, məni tanıyırdı. Məni gördü, ağladı, görüşdük. Dedim, ay ustad, sənin Bakıdan bir portretini gətirmişəm. Orda Fəxrəddin adında bir nəqqaş var, o sənin portretini çəkib. Dedi hardadı portret? xa0Dedim, aşağıdadı maşında. Tez düşdüm gətirdim. Çox şadlandı, kövrəldi də hətta”x9d.xa0

Ondan sonra Bəydili Bakıya gələndə mən onun əsərlərinə çəkilmiş miniatürləri də verdim ki, Şəhriyara aparsın. Şəhriyar deyib ki, “Fəxrəddin bizim qardaşımızdı. Mən onun boynunu qucaqlayıb əllərindən öpürəm”x9d.xa0

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin