Medianın İnkişafı Agentliyi 79 min manatı tendersiz xərcləyib - İDDİAYA MÜNASİBƏT

Hazırda oxunan: Medianın İnkişafı Agentliyi 79 min manatı tendersiz xərcləyib - İDDİAYA MÜNASİBƏT

19246

Medianın İnkişafı Agentliyi 79 min manat vəsaitin tendersiz xərclənməsi barədə iddialara münasibət bildirib.

Bizim.Media agentliyin açıqlamasında qeyd edilib ki, “Dövlət satınalmaları haqqında” qanununa əsasən dövlət satınalmaları tətbiq şərtlərindən asılı olaraq müxtəlif metodlarla həyata keçirilə bilər:

“Tender, təkliflər və kotirovka sorğusu kimi bir mənbədən satınalma da qanunla müəyyənləşdirilən metodlardan biridir. Belə ki, təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda həmin təşkilatın qeyd olunan metoddan istifadə etmək hüququ vardır.
 

MÖVZU İLƏ BAĞLI:

MEDİA-ya yeni mətbuat katibi təyin olundu - FOTO


​Beləliklə, MEDİA Agentliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin və müşahidəçi dövlətin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin III toplantısının, habelə Şuranın media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VIII iclasının 09-11 aprel 2021-ci il tarixlərində Bakı şəhərində keçirilməsinin təşkili məqsədilə istinad olunan hüququndan istifadə edib.

Yaşadığımız tarixi mərhələdə xüsusi əhəmiyyət kəsb edən beynəlxalq səviyyəli tədbir həm yerli, həm də xarici mediada geniş işıqlandırılıb.

Təəssüflə qeyd etmək istərdik ki, cəmiyyətdə baş verən hadisələrin mediada ədalətli, balanslı, obyektiv və qərəzsiz işıqlandırılması jurnalistikanın ən başlıca vəzifələrindən olsa da, peşəkar və məsuliyyətli jurnalistikanın formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bir sıra media nümayəndələri tərəfindən hələ də tam mənimsənilməyib.
 

İnanırıq ki, media sahəsində həyata keçirilən və Agentliyin də əsas tərkib hissəsi olduğu islahatlar yaxın gələcəkdə öz bəhrəsini verəcək və ali məqsədi həqiqəti yaymaq, əsas peşəkarlıq meyarı isə obyektivlik olan keyfiyyətli jurnalistikanın əhatə dairəsi daha da genişlənəcək”.


Xatırladaq ki, ki, sosial şəbəkələrdə yayılan məlumatlarda belə bir tenderin ümumiyyətlə keçirilmədiyi qeyd edilmişdi. Qanuna görə qiyməti 50 min manat və daha çox olan bütün dövlət satınalmalarının tender vasitəsilə həyata keçirilməli olduğu vurğulanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin