Azərbaycanda bu il 24 mindən çox körpə doğulub

Hazırda oxunan: Azərbaycanda bu il 24 mindən çox körpə doğulub

192396

Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 min 526 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 11,1-dən 9,7-yə düşüb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7, qız uşaqlarının xüsusi çəkisi isə 47,3 faiz olub.

Körpələrdən 828-i əkiz, 39-u isə üçəm doğulub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Şərqi Zəngəzur (12,1), Dağlıq Şirvan və Qarabağ (11,6), Lənkəran-Astara (11,4), Mil-Muğan (11,1), Mərkəzi Aran (10,9), Quba-Xaçmaz (10,7), Qazax-Tovuz və Şirvan-Salyan (10,6) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
Bu ilin yanvar-mart aylarında ölkədə 15 min 645 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 6,7-dən 6,2-yə enib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin