Keçmiş bank işçisi iki milyon manatı ələ keçirərək ölkədən qaçıb?

Hazırda oxunan: Keçmiş bank işçisi iki milyon manatı ələ keçirərək ölkədən qaçıb?

192297

Bakıda 10 nəfərə yaxın şəxs külli miqdarda dələduzluqla üzləşdiklərini bildirərək hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, polis və prokurorluq orqanlarına şikayət edən şəxslər Elmin Rafiq oğlu Rzayev tərəfindən aldadıldıqlarını və onlara iki milyon manata yaxın ziyan dəydiyini iddia ediblər.

Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edən vətəndaşlar E.Rzayevin keçmiş bank işçisi olduğunu, onlara gəlir vəd verərək xeyli miqdarda pul aldığını qeyd ediblər.
Onlar iddia ediblər ki, Elmin bir neçə şəxsdən ekoçanta istehsal etmə, onların ölkədəki xaricə şirkətlərə satışı, ev və maşın alışı-satışı kimi müxtəlif səbəblərlə ümumi 2 milyon manatdan çox vəsait alıb.

Şikayətçilər, həmçinin E.Rzayevin həyat yoldaşı və anası ilə birgə aprelin 22-də Azərbaycanı tərk etdiyini deyiblər. 

Əldə etdiyimiz məlumata görə, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində E.Rzayev barəsindəki şikayətlərlə bağlı araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin