Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində yaradılan 3 xüsusi təyinatlı hərbi kollecdən biri də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayan hərbi kollecdə tədris korpusları və sinif otaqları, yataqxana və digər inzibati binalar müasir avadanlıqlarla təchiz edilib.
Kursantların sağlamlığı və fiziki hazırlığının daim diqqət mərkəzində saxlanılması məqsədilə hərbi kollecdə idman zalı, futbol meydançası, müxtəlif idman qurğuları və digər obyektlər də mövcuddur.
Qeyd edək ki, Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul bu il mayın 30-dək davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:54 / 15.05.2024
Milli Müdafiə Universitetinin hərbi kolleclərində 2024-2025-ci tədris ili üçün qəbul davam edir
Hazırda oxunan: Milli Müdafiə Universitetinin hərbi kolleclərində 2024-2025-ci tədris ili üçün qəbul davam edir
Hazırda oxunan: Milli Müdafiə Universitetinin hərbi kolleclərində 2024-2025-ci tədris ili üçün qəbul davam edir
192295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.