Ağdərə bölgəsindəki Nor Qazançı (Sırxavənd-red) kəndi istiqamətində bəzi ərazilər Azərbaycanın nəzarətinə keçib.
Bizim.Media “Aparaj” nəşrinə istinadla xəbər verir ki, belə bir iddia ilə kənd icmasının rəhbəri Ruslan Arstamyan çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Ordumuz Qarabağda ermənilərə yenə qadağa qoydu
Onun sözlərinə görə, azərbaycanlılar gecə saatlarında 370 m irəliləyib:
“Onların mövqeyi Vank-Drmbon (Vəngli-Heyvalı-red) kəsişməsindən 1,5 km məsafədə yerləşirdi. İkinci mövqe də dəyişdirildi. 370 metr irəlilədilər və mövqeləri tutdular."
"Onlar iki erməni mövqeyinin kəndə tərəf 300 metr geri çəkilməsini tələb etdilər və yalnız bundan sonra geri çəkiləcəklərini dedilər”.
Bizim.Media