Azərbaycanda həkimlərə qarşı inamsızlığın SƏBƏBİ nədir? – Professordan AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda həkimlərə qarşı inamsızlığın SƏBƏBİ nədir? – Professordan AÇIQLAMA 

192211

Dərdlərimizə dərman tapan həkimlərdən heç də hamı razı qalmır. Sosial şəbəkələrdə tez-tez həkimlərdən giley edənlərə rast gəlirik. Bəziləri həkimləri düzgün diaqnoz qoymamaqda günahlandırır, bəziləri də aldığı müalicədən məmnun olmadığını yazır.

Bəzən səhiyyə müəssisələrində hər hansı xəstəlikdən vəfat edən şəxslərin yaxınları da buna görə həkimi günahlandırır.

Son zamanlar koronavirus pandemiyası zamanı və qızılca xəstəliyinə yoluxmanın artdığı vaxtda da insanların tibbə inamsızlığının şahidi olduq. Bəzi insanlar vaksinasiyadan müxtəlif bəhanələrlə imtina etdilər ki, bu da tibbə, həkimə inamsızlığın təzahürüdür.

Bəs ölkədə tibbə, həkimə qarşı yaranmış inamsızlığın səbəbi nədir?

Mövzu barədə elə tibb sahəsinin mütəxəssisi, professor Adil Qeybulla Bizim.Media-ya danışıb. O bildirib ki, ilk növbədə bu cür situasiyaların nədən qaynaqlandığını araşdırmaq lazımdır:

“Əvvəla xəstəxanada, evdə, küçədə dünyasını dəyişən bütün insanlar təşrih olunmalıdır. Bizdə kənd yerlərində evdə ölən adamı demək olar ki, həmin gün dəfn edirlər, qeydiyyat da bir neçə gün sonra aparılır. Bəlkə, bunu axşam kimsə boğub öldürüb, ya təcavüz olunub, ya nəsə baş verib, bunlar dəqiqləşdirilmir. Yəni hər bir kəsin hüquqları var. 

Ölüm səbəbi mütləq araşdırılmalıdır. Bu həm də bizim üçün, yəni həm demoqrafik vəziyyəti dəqiqləşdirmək, həm ölkədə ölüm hallarının nədən baş verməsini araşdırmaq,  genofonla bağlı müəyyən xüsusiyyətləri ortaya çıxarmaq üçün lazımdır.
Yalnız və yalnız pataloji anatomiya ekspertizanın nəticəsi ali ola bilər. Yəni ölümün səhlənkarlıqdan yoxsa həyatla bir araya sığmayan xəstəlikdən və yaxud qəfil hansısa ölümə gətirib çıxaran səbəbdən baş verdiyi göstərilməlidir”.

Günay Şahmar, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin