22 yaşlı tələbənin DƏHŞƏTLİ QƏTLİ: Boğazında naqillə basdırıblar - Hadisə yerindən FOTOLAR  

Hazırda oxunan: 22 yaşlı tələbənin DƏHŞƏTLİ QƏTLİ: Boğazında naqillə basdırıblar - Hadisə yerindən FOTOLAR  

22 yaşlı tələbənin DƏHŞƏTLİ QƏTLİ: Boğazında naqillə basdırıblar - Hadisə yerindən FOTOLAR. Təxminən 70 gün əvvəl itkin düşmüş və dünən Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva tələbə imiş. Təfərrüatlar üçün məqaləni oxuyun.
192188

Təxminən 70 gün əvvəl itkin düşmüş və dünən Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva tələbə imiş. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, nəşi Lənkəranda yaşayış olmayan evin zirzəmisində tapılan K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub. 

O da məlum olub ki, Cəlilabad rayon Muğan kənd sakini olan K.Ağayeva boğularaq qətlə yetirilib. Onun meyiti Lənkəran şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində evin zirzəmisində basdırıldığı yerdən çıxarılarkən boğaz nahiyəsində naqil olub. 

Hadisənin kim tərəfindən, hansı zəmində törədilməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, ilkin məlumatlarda 22 yaşlı qızın işləmək məqsədilə Lənkərana gəldiyi, bu ilin martın 2-dən isə itkin düşdüyü bildirilib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin