Azərbaycanlı gənc Rusiyada yol-nəqliyyat hadisəsində ölüb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Zaqatalanın Yuxarı Tala kənd sakini, 27 yaşlı Kənan Bəhram oğlu Mehdiyev Rusiyada qəzaya düşüb. Nəticədə, aldığı xəsarətdən hadisə yerində həlak olub.
Mərhumun nəşi bu gün Azərbaycana gətirilərək doğulduğu Zaqatala rayonunda torpağa tapşırılacaq.
Qəzanın başvermə anının video görüntülərini təqdim edirik:
Bizim.Media