"Kərkük sevdalısı Qəzənfər Paşayev" kitabı təqdim olundu

Hazırda oxunan: "Kərkük sevdalısı Qəzənfər Paşayev" kitabı təqdim olundu

192028

Bu gün (16.09.2017) Azərbaycanda Atatürk Mərkəzində ünlü alim ”“xa0prof.dr.xa0Qəzənfər PaşaÂxadyevin 80 illik yubileyi münasibəti ilə Kərkükdə, Füzuli mətbəəsində yenicə işıq üzü görmüşxa0xa0“Kərkük sevdalısı Qəzənfər Paşayev”x9dxa0kitabının təqdimatı keçirildi.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”x9d İctimai Birliyinin (ABAİ İB) təşkilatçılığı ilə keçirilən təqdimatda, ABAİ İB prezidenti, millət vəkilixa0dos.dr.xa0Qənirə Paşayeva, millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun başçısı İlham Məmmədov, təqdim olunan kitabın müəllifləri ”“ İraqlı soydaşlarımızxa0dr.Mustafa Ziya,xa0dr.Şəmsəddin Kuzəçi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdirixa0prof.dr.xa0Şirindil Alışanlı, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, CASCFEN baqanı, əməkdar jurnalist Azər Həsrət, “Şərq”x9d qəzetinin baş redaktoruxa0dr.Akif Aşırlı, tanınmış şair Musa Ələkbərli, xa0tanınmış alim Qurban Bayramov, əməkdar artist Aybəniz Haşımova, BDU Jurnalisrika fakültəsinin dekanıxa0dos.dr.xa0Vüqar Zifəroğlu, “Türküstan”x9d qəzetinin baş redaktoru Aqil Camal, fəal ictimaiyyətçi Aidə Bəndəliyeva və b. çıxış edərək, həm yubilyarın yaradıcılığı, həm də Kərküklü müəlliflərin qədirşünaslığı haqqında danışdılar.

Millət vəkili Qənirə Paşayeva “Kərkük sevdalısı Qəzənfər Paşayev”x9d kitabının məziyÂxadyətÂxadlərindən danışaraq, professorun həyatı və əsərləri haqqında statistik, bibloqrafik, habelə ensiklopedik bilgilərlə yanaşı, ürək sözlərinin də yer aldığını qeyd etdi.

O, yubileyinə “İraq bizə iraq deyil”x9d dediyimiz ellərdə kitab yazılan professor Paşayevin yalnız Azərbaycanda deyil, İraqda, qardaş Türkiyədə, bir çox başqa ölkələrə də ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, tərcüməçi və xeyirxah ziyalı kimi tanındığını vurğuladı.

Çıxışına davam edən xanım Paşayeva dedi:

"Bizim uşaq vaxtlarımızda, Qəzənfər müəllim tərcüməçi olaraq çalışdığı İraqdan məzuniyyətə gəldiyi zamanlarda onun sirli-sehirli söhbətlərinin əsas dinləyicilərindən biri olardıq. Əmim Kərkük, Ərbil, Təlafər, Tuzhurmatudan, oraların sakinlərinin bizimlə eyni dildə, eyni üslubda danışdığını, bizim kimi istiqanlı, qonaqpərvər olduğunu deyirdi. Xeyli sonra, əmimin bu sirli ölkə haqqında kitablarını oxumağa başladıq. İlk növbədə, əfsanəvi “Altı il Dəclə-Fərat sahillərində”x9d, sonra “Kərkük bayatıları”x9d, “Kərkük ata sözləri”x9d kitabları bizi də sevdalandırır, qanadlandırırdı. Hər halda təvafüqdən idi ki, mən və əmimqızları məktəb tədbirlərində məhz İraq-Türkman bayatıları söyləyirdik. O bayatılar bir çox incə mətləbləri düşüncələrə hopduran, bəlkə, açıq-açığına deyə bilmədiklıərimizin Kərkük, İraq üzərindən ifadəsi idi. Məsələn,

Dilim dilim,

Kəs qovun dilim-dilim,

Mən dilimdə vaz keçməm,

Olursam dilim-dilim”¦

Biz, bax belə bir yanğı ilə, eşqlə yetişdik və müstəqilliyimizin bərpası illərində o sirli-soraqlı ellərdən evimizə tez-tez qonaqlar gəlməyə başladı. ”“ Qəzənfər əmim vasitəsilə onları yaxından tanımağa başladıq.”x9d

xa0

Müəlliflər ”“ dr.Şəmsəddin Kuzəci, dr.Mustafa Ziya dəyərli ziyalının hələ sovet dövründəxa0 İraqda çalışdığı illərdə Kərkükə necə ürəkdən bağlanmasından, Azərbaycan və Kərkük, ümumən İraq arasındaxa0 ədəbi körpülər saldığını, model araşdırmalar apardığını və kitablaşdırdığını qeyd etdilər.

Bugün də Azərbaycanın diqqətini, sevgisini yüksək qiymətlədirən iraqlı soydaşlarımız, Azərbaycanda hər görüşü, Bakıda hər söhbəti bir ziyarət saydıqlarını dedi. İraqlı soydaşlarımız ümummilli lider Heydər Əliyevin “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları ilə bir bütövün parçalarıdır”x9d fikrinin arxasında dayanan düşüncəni həmişə yüksək qiymətləndirdiklərini bildirdilər.

Bildirildi ki, ziyalının ömür və yaradıcılıq yoluna həsr edilmiş bu mütəvazi kitab, onun 80 illik yubileyinə Kərküklü soydaşlar adından bir ərmağandır.

Qəzənfər Paşayevin həyat və yaradıcılığının ən ümdə məqamlarına diqqət çəkənxa0prof.dr.Şirindil Alışanlı AMEA Mərkəzi Kitabxanasında professorun yubileyi münasibəti ilə elmi sessiyanın planlaşdırıldığını, özünün də orada məruzəçi olacağını bildirdi.

Tədbirin yekununda çıxış edənxa0prof.dr. Qəzənfər Paşayev, iştirakçılara səmimi minnətdarlığını bildirdi, Kərküklü müəlliflərə onun haqqında qiymətli kitab yazdıqları üçün ayrıca təşəkkür etdi, İraqda çalışdığı illərlə bağlı xatirələrini bölüşdü.

Sonda Dr. Mustafa Ziya və dr. Şəmsəddin Kuzəçi Qzənfər Paşayevə Türkmaneli Kültür Mərkəzi adından özəl ödül təqdim etdilər, xatirə şəkilləri çəkildi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin