Şərurlu İsfəndiyar savadsız olduğunu ETİRAF ETDİ

Hazırda oxunan: Şərurlu İsfəndiyar savadsız olduğunu ETİRAF ETDİ

İsfəndiyar Axundov, Şərur adı ilə tanınan MTK-nın rəhbəri, deputatlığa namizədliyi irəli sürməyəcəyini və savadsız olduğunu bildirdi.
192020

“Deputat olmaq fikrim yoxdur. Allah eləməsin. Mənim öz işim var, öz işimi görürəm. Gedib parlamentdə səhv danışaram, savadsız adamam, oxumamışam. Camaatı, dövləti aldadım?”.

Bizim.Media xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib. 

“Mənlik deyil, adımı belə şeylərdə hallandırmasınlar. Parlament seçkisinə namizədliyimi irəli sürməklə bağlı təklif gəlsə, qətiyyən qəbul etmərəm”, - deyə iş adamı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin