Apreldə başlayan istilər insanları yazın gəlişinə sevindirsə də, may başlayandan havaların soyuq keçməsi bir sıra problemlərə səbəb olur. Son dövrlər qeyri-normal hava şəraitinin hökm sürməsi kənd təsərrüfatı sahələrinə fəsadlarla yanaşı, həm də insan səhhətinə də təsirsiz ötüşmür. İsti günlərdə sıradan çxdığı bildirilən respirator viruslar soyuq havalarda yenidən baş qaldırır və yayılma təhlükəsi yaranır. Hansı mütəxəssislər soyuqdəymə ilə müşayiət olunan bu virusların yayılmasını mövsüm normalarına uyğun olmayan hava şəraiti ilə əlaqələndirirlər.
Ümumiyyətlə, anomal hava şəraiti insan sağlamlığına hansı ziyanları vurur?
MÖVZU İLƏ BAĞLI:
Hər gün yeni virus adı EŞİDİRİK – Bu xəstəliklər yeni yaranıb, ya elmə MƏLUMDUR?
Həkim-terapevt Rrasif Bağırov Bizim.Media-ya bildirib ki, əgər insan özünü temperatur zədələrindən qorumaq istəyirsə, onda elə ciddi narahatlıq yarana bilməz:
“Həmin temperatur zədələrindən qorunmaq üçün şərait varsa, problemlər olmur. İnsan bədəninin öyrəşdiyi mühit olur və həmin mühitə uyğunlaşdığına görə, müqavimət qabiliyyəti də ona uyğun şəkildə formalaşır. Hətta bu, heyvanlarda da belədir. Qış gələn kimi onların tükləri sıxlaşır, özlərini qoruya bilmələri üçün rəngləri dəyişir”.
Terapevt qeyd edib ki, ətraf mühitə uyğunlaşma, hava dəyişkənliyinə adaptasiya prosesi ən gec qocalarda baş verir:
“Çünki onlarda refleks qabiliyyəti zəifləyir. Hətta çox vaxt uyğunlaşa bilməyəndə qocalar dünyadan köçür. Çünki insan yaşa dolanda onun dərisinin və damarlarının divarlarının keyfiyyəti, qanın tərkibi dəyişir. Xroniki xəstəlikləri olanlarda isə daha ciddi dəyişikliklər baş verir. Buna görə də, hava dəyişən kimi həmin adama pis təsir göstərir, hətta ölümə kimi gedib çıxa bilir”.
Nuranə Daxilqızı, Bizim.Media