Dayanacaqlara yenidən “Bakıkart” terminalları QURAŞDIRILACAQ? - Rəsmi CAVAB

Hazırda oxunan: Dayanacaqlara yenidən “Bakıkart” terminalları QURAŞDIRILACAQ? - Rəsmi CAVAB

BakıKart terminalları paytaxtın dayanacaqlarına yenidən quraşdırılacaq? Bu barədə rəsmi cavab və cəmiyyət reaksiyasını öyrənin.
192004

Paytaxtın demək olar ki, bütün dayanacaqlarından “BakıKart” ödəniş terminalları götürülüb. Bu da ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin işini çətinləşdirib.

Hazırda “BakıKart”ın balansını onlayn formada artırmaq mümkün olsa da bu funksiyadan hər yaş kateqoriyasından olan şəxslər yararlana bilmir. Sərnişinlər “BakıKart” yükləmə aparatı və ya “MilliÖn” ödəmə terminalı axtarışına çıxırlar. “MilliÖn” aparatları əsasən marketlərdə qoyulur. Həmin marketlərin bəzisi dayanacaqlardan uzaq məsafədə yerləşir. Bu da yaşlı insanlar üçün əlverişli deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Daha 3 şəhərdaxili marşrutda ödəniş “BakıKart”la olacaq


Belə olduqda vətəndaşlar kimdənsə onun əvəzinə ödəniş etməyi xahiş edirlər. Bir sözlə, əlində “BakıKart”ı və pulu olan vətəndaş özündən asılı olmayan səbəbdən belə vəziyyətlə qarşılaşır.

Bəs bütün bu vəziyyətin yaranma səbəbi nədir? Bütün dayanacaqlarda “BakıKart” və ya “MilliÖn” aparatlarının quraşdırılması planlaşdırılırmı?

“Bakıkart”-dan Bizim.Media-ya bildirilib ki, texniki cəhətdən bütün dayanacaqlarda terminal quraşdırılması mümkün deyil.

“PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyətindən isə saytımıza bildirilib ki, paytaxtdakı dayanacaqlara ən yaxın məsafədəki marketlərdə “MilliÖn” aparatı quraşdırılıb:

“Hər dayanacağın yanında və ya arxasında marketlər var. Bu marketlər avtobus dayanacağından ən uzağı 100 metr məsafədə yerləşir. Hazırda paytaxtda quraşdırılan smart dayanacaqlarda da “MilliÖn” aparatlarının quraşdırılması planlaşdırılır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin