Bakının baş planında tramvay və ya metrobus xətlərinin yaradılması qeyd olunub. Eyni zamanda, bunun relsli klassik tramvay və yaxud ayrılmış zolaqla sürət avtobusu (BRT) olacağı ayrıca dəqiqləşdirilməyib.
Bizim.Media xəbər verir ki, bunu "Sputnik Azərbaycan" nəşrinə açıqlamasında urbanist Anar Əliyev deyib.
Onun sözlərinə görə, baş planda Azadlıq prospekti, Neftçilər prospekti, Füzuli küçəsində həmin xətlərinin çəkilməsi öz əksini tapıb:
"Həmçinin Qara Qarayev prospektində də bu, məqsədəuyğun olar".
Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə isə bildirib ki, paytaxtda tramvay xəttinin reallaşmasına artıq başlanılıb, layihələndirmə prosesi aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:08 / 14.05.2024
Bakıya tramvaylar qayıdacaqmı?
Hazırda oxunan: Bakıya tramvaylar qayıdacaqmı?
Hazırda oxunan: Bakıya tramvaylar qayıdacaqmı?
Bakıya tramvaylar və metrobuslar qayıdacaq? Urbanist Anar Əliyev və Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bu məsələ ilə bağlı açıqlamalar veriblər.
191960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.