"Şuşanın dağları artıq “başı dumanlı” deyil. Biz yenidən şuşalıyıq".
Bizim.Media xəbər verir ki, bu sözləri Şuşa şəhərinə qayıdan keçmiş məcburi köçkün Təranə Məhərrəmova jurnalistlərə açıqlamasında deyib.
“Allah bu günü bizə yaşadan Prezident İlham Əliyevə cansağlığı versin, şəhidlərimizin ruhu şad olsun. Onlar üçün, onların ailələri üçün nə desək, nə qədər arzu diləsək, yenə də azdır. Əvəzsiz xidmət göstərdilər bu xalqa, bu vətənə", - deyə o əlavə edib.
Bizim.Media