31 ildən sonra nəşi tapılan şəhidin oğlu: “Torpaqlarımızın azad edilməsi ən böyük təsəllimizdir” - VİDEO 1993-cü ildə Ağdam şəhərinin Ermənistan ordusu tərəfindən işğalı zamanı həlak olan Məhərrəm Əzizov yaylım atəşilərinin sədaları altında torpağa tapşırılıb. Şəhidin oğlu Rauf Əzizov atasının tabutu üzərində gətirilən bayrağı müqəddəs əmanət kimi təhvil alaraq şəhidlərin xatirəsinə dərin ehtiramını ifadə edib. Rauf Əzizov bildirib: "Atam 1993-cü ilin iyul ayında ailəmizi döyüş bölgəsindən çıxardıqdan sonra şəhərə qayıtmışdı ki, döyüşən hərbçilərə hər hansı bir yardım etsin. Şəhərin işğalı zamanı şəhid olmuşdu. Ancaq meyiti götürmək mümkün olmamışdı. Apreldə xəbər verildi ki, Ağdamda aşkar edilən kütləvi məzarlıqda atamın da nəşi var. Torpaqlarımızın azad edilməsi bizlər üçün böyük təsəllidir. Allah bütün şəhidlərə rəhmət eləsin, Ali Baş Komandanımız var olsun". Xatırladaq ki, şəhid Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
1993-cü ildə Ağdam şəhərinin Ermənistan ordusu tərəfindən işğalı zamanı həlak olan Məhərrəm Əzizov yaylım atəşilərinin sədaları altında torpağa tapşırılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərasimdə insan izdihamı müşahidə olunub.
Şəhidin oğlu Rauf Əzizov atasının tabutu üzərində gətirilən bayrağı müqəddəs əmanət kimi təhvil alaraq şəhidlərin xatirəsinə dərin ehtiramını ifadə edib.
"Atam 1993-cü ilin iyul ayında ailəmizi döyüş bölgəsindən çıxardıqdan sonra şəhərə qayıtmışdı ki, döyüşən hərbçilərə hər hansı bir yardım etsin. Şəhərin işğalı zamanı şəhid olmuşdu. Ancaq meyiti götürmək mümkün olmamışdı. Apreldə xəbər verildi ki, Ağdamda aşkar edilən kütləvi məzarlıqda atamın da nəşi var. Torpaqlarımızın azad edilməsi bizlər üçün böyük təsəllidir. Allah bütün şəhidlərə rəhmət eləsin, Ali Baş Komandanımız var olsun", deyə Rauf Əzizov bildirib.
Xatırladaq ki, şəhid Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.