Mayın 13-ü saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Balakən, Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçayda yağış, Şahdağda qar yağır.
Şimal-qərb küləyi arabir güclənib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Sabirabadda 17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR-da 20-24, Aran rayonlarında 15-17, dağlıq rayonlarda 7-12 dərəcə isti olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:50 / 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
Hazırda oxunan: Şahdağa qar yağır - FAKTİKİ HAVA
Hazırda oxunan: Şahdağa qar yağır - FAKTİKİ HAVA
Şahdağa qar yağır. Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Şahdağda qar yağır. Külək güclənib, temperaturlar dəyişib.
191875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.