Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ruslan Hüseynov və Elbruz Əzimov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, onlardan 10 kiloqram marixuana aşkarlanıb.
Saxlanılan şəxslər “Baba” kimi tanıdıqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Araşdırmalarla hər iki şəxsin əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Emin Əhmədov, İntiqam Mustafayev, Araz Şindiyev və Əli Sofiyev də saxlanılıblar. Araşdırmalar davam etdirilir.
Bizim.Media