6 ay əvvəl istifadəyə verilən subartezian quyusu çökdü - FOTO

Hazırda oxunan: 6 ay əvvəl istifadəyə verilən subartezian quyusu çökdü - FOTO

19177

Zaqatalada 6 ay əvvəl istifadəyə verilən subartezian quyusu çöküb. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun Yeni Suvagil kəndində baş verib. Hadisə nəticəsində yaxınlıqdakı bir evə ciddi ziyan dəyib.
 

MÖVZU İLƏ BAĞLI:

Afrikada “Qarabağ şəhidləri” adlı içməli su quyusu - VİDEO


Qeyd edək ki, 2020-ci ilin sentyabr ayında bölgü əsasında Zaqatala rayonunun Suvagil kəndində yeni subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. 78 metr dərinlikdə qazılan artezian quyusu istifadəyə verildiyi gündən ətrafda yaşayan100-ə yaxın ailənin içməli suya olan ehtiyacını ödəyib.

Bir müddət öncə, yağan yağışlardan sonra artezianın suyu bulanmağa və artmağa başlayıb. Bir neçə gün öncə isə gecə saatlarında artezian quyusu 10 metr diametrliyində, 5 metr dərinliyində çöküb. Hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb. Yalnız yaxınlıqdakı bir evə ziyan dəyib.
 

İlkin ehtimallara görə, subartezian quyusunun çökməsinə səbəb 20-25 metr dərinlikdən gələn qurunt sularıdır. Hal-hazırda ərazidə lazımi təhlükəsizlik tədbirləri görülməklə aidiyyəti qurumlara məlumat verilib.


Əraziyə Bakıdan mütəxəssislər cəlb edilib.(apa) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin