“Tərtər işi”nin şahidi danışdı: “Bunun yenidən gündəmə gətirilməsində maraqlı qüvvələr var” - VİDEO 

Hazırda oxunan: “Tərtər işi”nin şahidi danışdı: “Bunun yenidən gündəmə gətirilməsində maraqlı qüvvələr var” - VİDEO 

19171

Son zamanlar gündəmə gətirilən “Tərtər işi” ilə bağlı məsələnin ətrafındakı söz-söhbət səngimək bilmir. 

Məsələnin 4 il sonra yenidən aktuallaşması təbii ki, bəzi gizli mətləblərin də aşkarlanmasına səbəb olub. Sifariş əsasında sosial media üzərindən Hərbi Prokurorluğa yönəlik müxtəlif ittihamlar həm daxildə, həm də xaricdə izazdırmaq və görülən işlərə gölgə salmaq istəyən şəxslərin olduğundan xəbər verir. 

Bir tərəfdən də hadislər zamanı ölənlərin və bu işdə günahsız şəkildə adı keçən şəxslərin yaxınalrı həqiqi günahkarların cəzalandırılmasını istəyirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

“Tərtər işi”nin İZİ İLƏ – ÖZƏL ARAŞDIRMA


Mövzunun aktuallığını nəzərə alaraq baş verən hadisələrlə bağlı Bizim.Media ehtiyatda olan tibb xidməti polkovniki, həmin dövrdə Müdafiə Nazirliyində Silahlı qüvvələrin baş terapevti Samir İbiş oğlu Qasımovdan açıqlama alıb.

S. Qasımov sözügedən hadisələrin birbaşa şahidi olduğunu bildirib:

“Biz dərhal hadisə yerinə getdik. Orada işgəncə faktlarının olduğunu öz gözlərimizlə gördük və bu barədə yaradılmış komissiyanın sədrinə məlumat verdik. Bundan sonra artıq öz tərəfimizdən fəaliyyətimizi görməklə şəxsi heyətin sağlamlığını bilavasitə qayğısına qalmağına operativ şəkildə başladıq."

"O dövrdə Respublika Hərbi Prokuroru Xanlar müəllim bizə göstəriş verdi ki, şəxsi heyətin sağlamlığı ən əsas məsələlərdən biridir. Ona görə, işgəncəyə məruz qalmış hər bir şəxsin sağ qalmağın sizdən tələb edirəm. O, məsələnin sırf onun nəzarəti altında olduğunu da qeyd etdi. Biz orada çox operativ işlədik. İşgəncəyə məruz qalmış şəxsləri hərbi tibb müəssələrinə əksər hissəsini də silahlı qüvvələrin baş klinik hospitalına göndərdik”.

Ehtiyatda olan polkovnik söyləyib ki, məhz Respublika Hərbi Prokurorluğunun işə müdaxiləsindən sonra artıq məsələ öz həllini tapdı. 

Samir Qasımov bildirib ki, hadisələrin  bu gün yenidən gündəmə gətirilməsində isə ayrı məqsədlər var: 

“Bizim düşmənlərimiz həm hərbi, həm də diplomatiya meydanında uduzdular. İndi daxildəki düşmənlərimizlə xarici havadarları əlbir olub qələbəmizin üzərinə kölgə salmağa çalışırlar. O nöqteyi nəzərdən Tərtər hadisələrini yenidən qabardıb ölkənin, dövlətin imicinə ziyan vurmağa cəhd edirlər”.

Tibb Xidməti polkovniki Samir Qasımovun həmin video-müsahibəsini təqdim edirik:

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin