Şahmat üzrə Azərbaycan çempionu adına layiq görülərək Dünya çempionatına vəsiqə qazanan İslam Hacıəliyev və Ayla Mustafayeva ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsində görüş keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, görüşdə şagirdlərə və onların məşqçi-müəllimlərinə Fəxri fərman və hədiyyələr təqdim edilib.
Xatırladaq ki, hər iki məktəbli Şəki Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsidir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu