Xəbər verdiyimiz kimi, Lənkəranda ötən gün ərzində iki dəfə zəlzələ baş verib. Birinci zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 3-5 bala qədər hiss olunub. Rayonda 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Lənkəran sakinləri təkanların çox güclü olduğunu deyiblər.
Onlar çox qorxduqlarını bildiriblər. Bu səbəbdən hamı həyətə axışıb.
Yaşlı sakinlərdən biri 50 ildir belə zəlzələ görmədiyini söyləyib.
Daha ətraflı Xəzər televiziyasının süjetində:
Bizim.Media