FHN-in Dövlət Yanğın Nəzarəti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri, Pirallahı rayon 168 və 235 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbində və Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə Tibb Kollecində, Göygöl rayonundakı Göygöl Peşə Məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən rayonu, Qazbölük kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Goranboy şəhər 1 nömrəli, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı rayonu, N.Ə.Əskərov adına Sırıq kənd və Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayon Tatalılar kənd tam orta məktəblərində silsilə maarifləndirmə tədbirləri keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Bizim.Media