Payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkət qrafiki yenilənəcək.xa0
Moderator.az “Bakı Metropoliteni”x9d QSC-nin saytına istinadən xəbər verir ki, qurumun sədri Zaur Hüseynovun əmrinə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, “Həzi Aslanov-28 May”x9d sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi “28 May-Dərnəgül”x9d və “28 May-İçərişəhər”x9d sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq. xa0
Bu müddətdə yalnız «Bakmil» stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval «Həzi Aslanov-Ulduz» sahəsində fərqli ola bilər.
Sərnişinlərin nəzərinə çatdırılır ki, “Həzi Aslanov-28 May”x9d sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur.xa0
Qeyd edək ki, şənbə və bazar, eləcə də bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur.
Yeni qrafik 2018-ci ilin yayına qədər tətbiq ediləcək.































































































