Ramiz Tahirov bu vəzifədən azad edilib

Hazırda oxunan: Ramiz Tahirov bu vəzifədən azad edilib

191544

Xəbər verildiyi kimi, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.

Bizim.Media xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 11-də keçirilən toplantıda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bununla bağlı müvafiq sərəncamı diqqətə çatdırılıb.

Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunda uzunmüddətli qüsursuz xidməti, ölkənin müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətinə görə general-leytenant Ramiz Tahirova təşəkkür edib və ona gələcək həyatında uğurlar arzulayıb.

R.Tahirov isə öz növbəsində xidmət etdiyi müddət ərzində göstərilən etimada görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə edərək bundan sonra da fəaliyyətlərində dövlətçilik ənənələrinə sadiq qalacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin