Naxçıvanda ölən tələbələr I kursda oxuyurlarmış - TƏFƏRRÜAT 

Hazırda oxunan: Naxçıvanda ölən tələbələr I kursda oxuyurlarmış - TƏFƏRRÜAT 

191378

Xəbər verdiyimiz kimi, Naxçıvan şəhərində iki gənc “Bazar gölü”ndə boğularaq ölüb. Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyevin hələlik məlum olmayan səbəbdən suya düşərək boğulduğu bildirilir. 

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, onlar Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasının I kurs tələbələri olublar. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda iki tələbə göldə boğularaq öldü – FOTO  


Pensər kənd bələdiyyəsinin sədri Emil Ağayev açıqlamasında bildirib ki, hadisə zamanı Əlinin telefonu suya düşüb, onu götürmək istəyəndə sürüşüb gölə yıxılıb. Fəttah isə ona kömək etmək üçün suya atılıb və nəticədə hər ikisi boğularaq ölüblər. 

“Hər ikisi bu il birinci kursu bitirəcəkdilər. Fəttahın valideynləri işləmir, arıçılıqla məşğuldurlar. Əlinin atası və anası müəllimdir.  Eyni kənddəndirlər. Valideynləri ilə danışıblar. Hələ Naxçıvandadırlar, valideynlərinə məlumat verilib, rayona gətiriləcəklər”, - o qeyd edib. 

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları meyitləri sudan çıxarıblar. 

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin