“Məişət zorakılığı ilə bağlı qanunlar sərtləşdirilməlidir” - Bahar Muradova 

Hazırda oxunan: “Məişət zorakılığı ilə bağlı qanunlar sərtləşdirilməlidir” - Bahar Muradova 

191338

“Bir tək maarifləndirmə ilə məişət zorakılıqlarının qarşısının alınması və bu kimi məsələlərin öhdəsindən gəlmək olmur. Düşünürəm ki, qanunların bəzi məqamları sərtləşdirilməli və konkret çərçivələr göstərilməlidir”.

Bunu Bizim.Media-nın sualına cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə qanunların sərtləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara Komitənin də təşəbbüs və təklifləri təqdim olunub: 

“Bu təkliflərə əlaqədar qurumların, həm də cəmiyyətin geniş dəstəyi lazımdır. Heç bir maarifləndirmə olmadan da normal insan onunla bir yerdə ömür sürən, həyatını bölüşən, uşaqlarının anası və ya atası olduğunu bilən insanlar məişət zorakılıqlarına yol verməzlər.
Sizdən xahişim sadəcə o olacaq ki, diskussiya açmaqdansa, qətlin təfərrüatlarını, fotosunu çəkməkdənsə, bu problemi necə həll etmək istiqamətindəki proseslərə qoşulasız. Medianın gücü çox böyükdür və o gücü hansısa şiddəti, zorakılığı təbliğ etməyə yox, onun qarşısını almağa yönəlik prosesə qoşulmaq vacibdir. Ən ciddi yol da qanundur və qanunun özü ən böyük maarifləndirmədir. Əgər qanun çərçivəni müəyyən edirsə, bunu pozmaq olmaz. Pozanlar isə cəzalanacaq”.

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin