Ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə Bakının Xəqani küçəsində yerləşən “26”x9d adlı restoran bağlanıb və məkandakı əşyalar müsadirə edilib. Məkanın bağlanma səbəbi “26”x9d rəqəminin "26 Bakı Komissarı" ilə əlaqəli olması iddiası olub.xa0
Bu məsələ cəmiyyətdə rezonans doğurub, merin bu addımı qanunsuzluq kimi qələmə verilib.

AYB üzvü olan satirik şair Əvəz Qurbanlı xa0musavat.com-a açıqlamasında Bakı meri Hacıbala Abutalıbovun “26”x9d kafesinin bağlamasına irad bilirib: "26" - həm də dövlət avtomobil nömrə nişanı kimi, Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytında Azərbaycanın Xankəndi şəhərinin kodu kimi göstərilir. Hacıbala müəllim niyə belə əsəbləşib görəsən? Məgər itirilmiş rayon və şəhərlərimizin adlarını, əlamətlərini müxtəlif obyektlərdə əks etdirmək, yaşatmaq təcrübəsinə az rast gəlmişik? Xankəndi, Şuşa və başqa şəhərlərimizin adları cənab Abutalıbovun 17 ildir, meri olduğu Bakı şəhərində azmı gözə dəyir? Mən 12 ildir AYB üzvüyəm, ancaq bu qurumun binasında "26" adında kafenin mövcudluğundan xəbərim olmayıb. Əgər o kafenin bağlanmasının əsl səbəbi doğrudan da adı ilə bağlı idisə, sadəcə adı dəyişmək kifayət idi. Yoxsa, o boyda həngaməyə nə ehtiyac vardı? Nə bilim, bu məsələdə bəlkə də mənim bilmədiyim incə məqamlar da var. Bəlkə doğrudan da burada erməni izi, düşmən əli var? Amma bu versiya belə hörmətli merimizin AYB-nin binasına hücum çəkməsinə əsas vermir. Axı təhlükəsizlik məsələsi ilə məşğul olan ciddi qurumlar var, Azərbaycanda...”x9d




































































































