Ağdamda 12 yaşlı uşağı ilan sancıb.
Bizim.Media-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Piriyev Canpolad Xasay oğlu həyətdə oynayarkən ilan onu sol ayağından sancıb.
Xəsarət alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, C.Piriyev ilkin müayinə olunaraq ilan zəhəri əleyhinə zərdab vurulub. Onun həyatı təhlükəsinin olmadığı da bildirilib. Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu