Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Şəmkir Rayon İcra Hakimiyyətində antikorrupsiya əməliyyatı keçirib.
Bizim.Media-nın əldə etdiyi son məlumata görə, DTX-nın əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Şəmkir rayon İcra hakimiyyətində antikorrupsiya əməliyyatı - HƏBSLƏR VAR - SON DƏQİQƏ
Hazırda əməliyyat tədbirləri davam edir, yeni məlumatları diqqətinizə təqdim edəcəyik.
Bizim.Media