Yazıçı Anar: “Qabiliyyət istedadla verilməsəydi, kitabxanaçılar ən böyük yazıçılar olardılar”

Hazırda oxunan: Yazıçı Anar: “Qabiliyyət istedadla verilməsəydi, kitabxanaçılar ən böyük yazıçılar olardılar”

191077

Yaradıcılıq yeni bir şey etmək, yaradıcı düşünə bilmək və yeni ideyalar ortaya qoymaq bacarığıdır. Buna görə yaradıcı düşünmə fərqli düşünmək bacarığıdır, bir problemi, məsələni yeni  baxışdan və ya perspektivdən görmək qabiliyyətidir. 

Bir çoxları düşünür ki, bədii təxəyüllə sahib olmaq, yaradıcılıq bacarıqları insana doğuşdan istedad kimi verilir. Digər böyük əksəriyyət isə hesab edir ki, ədəbi-bədii qabiliyyət ancaq çoxlu mütaliə etməklə sonradan qazanılır. 

Maraqlıdır, hansı tərəf haqlıdır?

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Bizim.Media-ya bildirib ki, bədii ruh insana təbii ki, istedadla verilir:

“Əgər ədəbi qabiliyyət istedadla verilməsəydi, bütün kitabxanaçılar ən böyük yazıçılar olardılar. Çünki ən çox kitabı onlar oxuyurlar. Şübhəsiz ki, kitab oxumaq da vacibdir. Lakin istedad olmadan, nə qədər kitab oxuyursan oxu, ortaya bir şey çıxmaz. 
Yəni heç kim istedadı olmadan nə yazıçı, nə rəssam, nə bəstəkar ola bilər. Əlbəttə ki, istedadla yanaşı, mütaliə, əməksevərlik, müşahidə qabiliyyəti də vacibdir”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin