Şəmkir rayon İcra hakimiyyətində DTX əməliyyatı - HƏBSLƏR VAR - SON DƏQİQƏ

Hazırda oxunan: Şəmkir rayon İcra hakimiyyətində DTX əməliyyatı - HƏBSLƏR VAR - SON DƏQİQƏ

19105

Bizim.Media-nın əldə etdiyi məlumata görə hal-hazırda Şəmkir rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX)  əməliyyat tədbirləri həyata keçirir.

Verilən son məlumata görə, əməliyyat tədbiləri zamanı Şəmkir rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov və bir neçə  səlahiyyətli şəxs saxlanılıb.

Əməliyyat tədbirləri hazırda davam edir.

Xatırladaq ki, Alimpaşa Məmmədov 8 oktyabr 2014-cü il tarixdən Şəmkir Rayon İcra Hakimiyyəti başçısıdır.

Bundan əvvəl Alimpaşa Adil oğlu Məmmədov Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin