“Onun xəstəlikdən ağlını itirdiyini düşündüm”x9d

Hazırda oxunan: “Onun xəstəlikdən ağlını itirdiyini düşündüm”x9d

191048
Azərbaycanın əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin doğum günüdür.

Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda anadan olub. M.Əliyev adına İncəsənət İnstitutunda təhsil alıb. Bir müddət Şəki Dövlət Teatrında işləyib. Məhz orada Vaqif Səmədoğlunun məşhur “Bəxt üzüyü”x9d əsərini səhnəyə qoyan ilk rejissor olur. Sonra Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib.

1989-cu ildə Gənclər Teatrını açıb və vəfatına qədər teatrın bədii rəhbəri və direktoru olub.

“Üzeyir ömrü”x9d bÓ™dii televiziya filmindÓ™ Hacıbəyovun obrazını yaradıb, 1995-ci ildÓ™ İstanbulda Hacıbəyovun “Arşın mal alan”x9d musiqili komediyasını tamaşaya qoyub.

“Üzeyir ömrü”x9d, “Ac həriflər”x9d, “Olum, ya ölüm və ya hər şeyə rəğmən”x9d, “Ömürdən uzun gecə”x9d, “Fatehlərin divanı”x9d kimi filmlər onun adıyla bağlıdır.

Aktyorun həyat yoldaşı əməkdar artist Nəsibə Eldarova əri ilə bağlı xatirələrini yad edərkən onun hobbisinin, əyləncəsinin, həyat tərzinin teatrla bağlı olduğunu dilə gətirib:

“Hüseynağa üçün fərqi yox idi nə yedi, nə içdi, harada yatdı, harada durdu, bir dərdi vardı - teatr. Əyləncəsi də, həyat tərzi də teatrla bağlı idi. Hətta ağır xəstə yatdığı vaxtlarda belə teatrı düşünürdü. “Qara qutu”x9d tamaşasını hazırlayırdı, yarımçıq qaldı. Həmin vaxt teatrda səhhəti pisləşdi, təcili yardım çağırdıq. Elə orda komaya düşdü, evə apardıq. 12 gün ağır vəziyyətdə qaldı. Ölüm ayağında dedi ki, telefonu ver mənə, teatra zəng edim, görüm, dekorasiyalar hazırdır? Mən onun xəstəlikdən ağlını itirdiyini düşündüm. Yalandan dedim ki, hə, hazırdır. Üzümə baxıb hirsləndi ki, elə bilirsən ağlımı itirmişəm? Teatr o insanın nəfəsi idi. Mən onun sənətinə ondan da artıq dəyər verirdim”x9d.

Qeyd edək ki, əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev 9 aprel 2006-cı ildə vəfat edib.(kult.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin