Bir neçə gündür ki, ölkə ərazisində yağan intensiv leysan yağışları fəsadlar törətməkdə davam edir.
Bizim.Media-Aran bürosu xəbər verir ki, Kürdəmirdə bu vəziyyət daha da ağırlaşıb.
Belə ki, yağış suları şəhər ərazisindəki evlərin həyətyanı sahələrini cənginə alıb.
Əlacsız vəziyyətdə qalan sakinlər aidiyyatı qurumlardan kömək gözləyirlər.
Bu vəziyyət əsasən rayonun H.Əliyev prospektində Şəhriyar və digər küçələrdə özünü daha çox büruzə verir.
Aidiyyatı qurumların əməkdaşları yaranmış vəziyyəti aradan qaldırmağa çalışsalar da yağışın durmadan yağması onların işlərini xeyli çətinləşdirir.
Hazırda rayon ərazisində yağış yağmaqda davam edir.
Bizim.Media, Aran bürosu