Xəbər verdiyimiz kimi, qalıqları 31 il sonra tapılan Birinci Qarabağ Müharibəsi şəhidi Elşad Qayımovun cənazəsi dünən Xaçmazda torpağa tapşırılıb.
Doğmaları şəhidlə bağlı ürək sözlərini Bizim.Media ilə bölüşüblər. Elşadın böyük bacısı Rəna Qayımova valideynlərinin sağlığında Elşadın məzarını bilmədən ziyarət etdiklərini deyərək, qardaşının indi qalıqlarının tapılmasına sevindiklərini deyib.
Elşad Qayımovun qardaşı Natiqin ailəsində isə məhrumun adını daşıyan gələcəyin əsgəri böyüyür. Balaca Elşadın anası Natəvan Qayımova şəhid qaynının xatirəsini yaşatmaq üçün övladına Elşadın adını verdiklərini söyləyib.
Şəhidin digər qardaşının həyat yoldaşı Kəmalə Qayımova da 31 ildən sonra qaynından xəbər çıxması ilə ailənin hüzur tapdığını bildirib.
Daha ətraflı videoda:
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 08.05.2024
31 ildən sonra qalıqları tapılan şəhidin bacısı: “Artıq valideynlərimin ruhu şaddır” – VİDEO
Hazırda oxunan: 31 ildən sonra qalıqları tapılan şəhidin bacısı: “Artıq valideynlərimin ruhu şaddır” – VİDEO
Hazırda oxunan: 31 ildən sonra qalıqları tapılan şəhidin bacısı: “Artıq valideynlərimin ruhu şaddır” – VİDEO
191034
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.