Mayın 7-də saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. Məlumata görə, onlardan 15-i uşaqdır.
"Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur", məlumatda deyilir.
Qeyd edək ki, həmin şəxslərin dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub.
İlkin məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:38 / 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
Hazırda oxunan: Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
Hazırda oxunan: Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
191028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.